Prezident İlham Əliyev Həsən Ruhaniyə başsağlığı verib
21.01.2017 1332 0.0 0

Azərbaycan prezidenti İlham Əliyev İran İslam Respublikasının prezidenti Həsən Ruhaniyə başsağlığı verib.

 

Məlumata görə, başsağlığı məktubunda deyilir: "Hörmətli cənab Prezident,

 

Tehranda çoxmərtəbəli binanın çökməsi nəticəsində insanların həlak olması xəbəri məni olduqca kədərləndirdi.

 

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İran xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.

 

Allah rəhmət eləsin!"

 

Qeyd edək ki, binanın çökməsi nəticəsində 50-dən çox insan ölüb, xeyli insan yaralanıb./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar