Prezident bəyənat verdi-Dünyada beşinci İslam Respublikası elan olundu
12.12.2015 1511 0.0 0

 Qambiyanın prezidenti Yəhya Camme ölkəsini İslam Respublikası elan edib.
 
RİA Novosti agentliyinə istinadən verilən məlumata görə, bu barədə dövlət başçısının bəyanatında bildirilir.
 
“Bu gündən Qambiya – İslam dövlətidir”, Y.Cammenin bəyanatında deyilir. Bununla belə o vurğulayıb ki, ölkə vətəndaşları istədikləri dinə etiqad edə bilərlər.
 
1965-ci ilədək Böyük Britaniyanın müstəmləkəsi olan Qambiyada əhalinin 90% müsəlmandır.
 
Qeyd edək ki, indiyədək dünyada 4 İslam Respublikası mövcud idi: İran, Pakistan, Əfqanıstan və Mavritaniya. 
 
49 yaşlı Y.Camme 20 ildən artıqdır ki, Qambiyaya rəhbərlik edir.  Ötən ildən etibarən ABŞ və Avropa İttifaqı insan haqlarının pozulması ilə bağlı ölkəyə maliyyə yardımını dayandırıb. Xatırladaq ki, Qambiya prezidenti ölkədə bütün qeyri-ənənəvi seksual oriyentasiyalı şəxslərin  boğazlarını kəsmək ilə hədələyib./apa/

\


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar