Prezident sərəncamlar verdi
02.02.2015 1192 0.0 0
Ölkə başçısının verdiyi sərancama görə “1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 70 illiyi” vahid yubiley medalı haqqında” MDB dövlət başçıları Şurasının 2013-cü il 25 oktyabr tarixli qərarına uyğun olaraq qərara Aşağıdakı şəxslər “1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 70 illiyi” yubiley medalı ilə təltif edilib.
Belə ki sərəncam, SSRİ Silahlı Qüvvələri sıralarında Böyük Vətən müharibəsi cəbhələrində döyüş əməliyyatlarında iştirak etmiş hərbi qulluqçular və muzdla xidmət etmiş mülki şəxslər, faşist işğalçılarına qarşı gizli mübarizə aparan şəxslər, Böyük Vətən müharibəsi dövründə SSRİ Silahlı Qüvvələrində xidmət etmiş hərbi qulluqçular və muzdla xidmət etmiş mülki şəxslər, “1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə” və “Yaponiya üzərində qələbəyə görə” medalları ilə təltif olunmuş, həmçinin “1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə” medalının vəsiqəsi, yaxud müharibə iştirakçısı vəsiqəsi olan şəxslər, Böyük Vətən müharibəsi illərində fədakar əməyə görə SSRİ ordenləri, “1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə”, “Əmək igidliyinə görə”, “Əməkdə fərqlənməyə görə”, “Leninqradın müdafiəsinə görə”, “Moskvanın müdafiəsinə görə”, “Odessanın müdafiəsinə görə”, “Sevastopolun müdafiəsinə görə”, “Stalinqradın müdafiəsinə görə”, “Kiyevin müdafiəsinə görə”, “Qafqazın müdafiəsinə görə”, “Sovet Zapolyaryesinin müdafiəsinə görə” medalları ilə təltif olunmuş şəxslər, “1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə” medalının vəsiqəsi olan şəxslər; və “Blokadada olan Leninqrad sakininə” nişanı ilə təltif olunmuş şəxslərə şamil olunub.

Xatırladaq ki, sərəncamda yubiley medalı ilə təltif olunacaq şəxslərin siyahılarının tərtib edilməsini və medalların təqdim olunmasını təmin edilməsi aidiyyatı qurumlara tapşırılıb.
 
Ölkə başçısının verdiyi digər sərəncamdla Azərbaycan Respublikası Vergilər Nazirliyi kollegiyasının yeni tərkibini təsdiqləyib.
Sərəncama əsasən, Azərbaycan Respublikasının Vergilər Nazirliyi kollegiyasının aşağıdakı tərkibi təsdiq olunub.
 
Kollegiyanın sədri
Azərbaycan Respublikasının vergilər naziri. 


Kollegiyanın üzvləri:

Azərbaycan Respublikası vergilər nazirinin birinci müavini 
Azərbaycan Respublikası vergilər nazirinin müavinləri 
Naxçıvan Muxtar Respublikasının vergilər naziri 
Azərbaycan Respublikasının Vergilər Nazirliyi Aparatının rəhbəri
Azərbaycan Respublikası Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar baş idarəsinin rəisi 
Azərbaycan Respublikası Vergilər Nazirliyinin İqtisadi təhlil və sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı baş idarəsinin rəisi 
Azərbaycan Respublikası Vergilər Nazirliyinin Vergi auditi baş idarəsinin rəisi 
Azərbaycan Respublikası Vergilər Nazirliyinin Daxili təhlükəsizlik baş idarəsinin rəisi 
Azərbaycan Respublikası Vergilər Nazirliyinin Hüquq baş idarəsinin rəisi
Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Xüsusi Rejimli Vergi Xidməti Departamentinin rəisi 
Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin rəisi 
Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin rəisi.”.
 

 Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Azərbaycan Respublikası Vergilər Nazirliyinin Strukturu”nun 3-cü hissəsi ləğv olunub. 
Aidiyyatı qurumlara sərəncamdan irəli gələn vəzifələrin icra olunması tapşırılıb.

 

 

“Balıqçılıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 iyun tarixli 722 nömrəli Fərmanının  2-ci hissəsi aşağıdakı redaksiyada verilsin:
Müəyyən edilsin ki:
“Balıqçılıq haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin ikinci hissəsində və 33-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
Həmin Qanunun 5-ci maddəsinin ikinci hissəsində, 9-cu maddəsinin üçüncü, altıncı, yeddinci, səkkizinci, doqquzuncu və on birinci hissələrində, 10-cu maddəsinin altıncı hissəsində, 11-ci maddəsinin beşinci, altıncı və səkkizinci hissələrində, 12-ci maddəsinin birinci hissəsinin ikinci cümləsində, ikinci hissəsinin birinci cümləsində, üçüncü hissəsinin ikinci cümləsində, altıncı və yeddinci hissələrində, 19-cu maddəsinin yeddinci və doqquzuncu hissələrində, 23-cü maddəsinin ikinci hissəsində, 25-ci maddəsinin ikinci hissəsində, 28-ci maddəsinin üçüncü hissəsində, 30-cu maddəsinin üçüncü hissəsində, 32-ci maddəsinin altıncı hissəsində və 38-ci maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir; 
Həmin Qanunun 5-ci maddəsinin birinci hissəsində, 9-cu maddəsinin dördüncü hissəsində, 10-cu maddəsinin üçüncü hissəsində, 11-ci maddəsinin üçüncü hissəsində, 12-ci maddəsinin beşinci, doqquzuncu və onuncu hissələrində, 16-cı maddəsinin ikinci hissəsində, 17-ci maddəsinin səkkizinci abzasında, 18-ci maddəsinin üçüncü hissəsində, 19-cu maddəsinin beşinci, onuncu və on birinci hissələrində, 20-ci maddəsinin ikinci hissəsində, 24-cü maddəsinin birinci hissəsinin ikinci abzasında, 28-ci maddəsinin ikinci hissəsinin səkkizinci abzasında və 29-cu maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirir;
Həmin Qanunun 13-cü maddəsinin dördüncü hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini (Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahələri istisna olmaqla) Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə razılaşdırmaqla, yerli icra hakimiyyəti orqanları həyata keçirirlər;
Həmin Qanunun 13-cü maddəsinin beşinci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və yerli icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirir;
Həmin Qanunun 24-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyəti həyata keçirirlər;

Həmin Qanunun 35-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Maliyyə Nazirliyi həyata keçirir.”.
Azərbaycan Respublikasının Nazirlər Kabineti:
Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
“Balıqçılıq haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinin ikinci hissəsinə uyğun olaraq, mühüm balıqçılıq su obyektlərinin siyahısını və sudan istifadənin məhdudlaşdırılması qaydasını üç ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
Mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
Bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verlməsi göstərilib


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar