PREZİDENT AZƏRBAYCANDA HƏYATA KEÇİRİLƏN ENERJİ LAYİHƏLƏRİNİN ƏHƏMİYYƏTİNDƏN DANIŞIB-FOTO
23.01.2015 649 0.0 0
 

 

Prezident İlham Əliyev Davos İqtisadi Forumu çərçivəsində keçirilən “Dünya iqtisadi liderlərinin qeyri-formal toplantısı: Enerji geosiyasəti üzrə yeni qlobal kontekst” mövzusunda sessiyada iştirak edib. 

Yüksək səviyyəli rəsmi şəxslərin qatıldığı sessiyada dövlət başçısı İlham Əliyev çıxış edərək Azərbaycanın energetika sahəsində qazandığı nailiyyətlərdən, enerji sektorunda əldə olunan gəlirlərin iqtisadiyyatın şaxələndirilməsinə uğurla yönəldilməsindən, ölkəmizin qlobal enerji layihələrində fəal iştirakından, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın önəmli rolundan, “Cənub” qaz dəhlizi layihəsinin əhəmiyyətindən danışıb.

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar