Portuqaliyalı futbolçunun `Qarabağ`a keçmə ehtimalı 99 faizdir
10.01.2022 389 0.0 0

Bolqarıstanın "Çerno More" klubunda çıxış edən Leandro Andradeninin "Qarabağ"a keçmə ehtimalı 99 faizdir.

Bildirək ki, bu barədə komandanın baş məşqçisi İlian İliyev jurnalistlərə açıqlamasında məlumat verib.

54 yaşlı mütəxəssisin sözlərinə görə, "köhlən atlar" 23 yaşlı portuqaliyalı vingerlə maraqlanır.

O bildirib ki, marağın olması həm klub, həm də oyunçu üçün yaxşı haldır. Bolqarıstanlı baş məşqçinin fikrincə, məsələnin pis cəhəti gedən oyunçuya əvəzedici axtarmaqdır: "İlk 6-8 ayında Leandro elə də nəzərə çarpmırdı və onu götürdüyümüzə görə bizə iradlar tutulurdu. Ümidvarıq ki, komandamızın digər qalan oyunçuları da öz şanslarından yararlanacaqlar. Leandronun gedəcəyinə hələ 100 faiz əmin deyiləm. Gedəsi olsa, onun yoxluğunu dərhal doldurmaq üçün oyunçu axtarırıq. Ümid edirəm ki, heyətə yeni hücumçu cəlb edə biləcəyik".

Qeyd edək ki, Leandro Andrade karyerası ərzində ölkəsinin "Sportinq", "Olyanense" və "Fatima" klublarında da çıxış edib. 2020-ci ilin yayından "Çerno More"də oynayan gənc vinger bu mövsüm 20 matçda 2 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar