Politoloq: Dünyanın bir mərkəzdən idarə olunması olduqca risklidir
08.12.2016 833 0.0 0

Rusiya prezidentinin "təkqütblü dünya sistemi artıq çöküb" bəyanatını Sputnik-ə şərh edən, Türkiyənin TOBB İqtisadiyyat və Texnologiyalar Universitetinin dosenti, politoloq Toğrul İsmayıl deyib ki, Rusiyanın xarici siyasət konsepsiyasında çoxmərkəzli dünya sisteminin qurulması durur:

"Vladimir Putin bu fikirlərini öz prinsiplərinə əsaslanaraq söyləməyə çalışır. Rusiyanın xarici siyasət konsepsiyasında da bu, var. Çoxqütblü və ya çoxsistemli dünya düzəni qurulmasını istəyir". "Amma bu, bir az həssas məsələdir. Yəni təkqütblü sistem həqiqətənmi çöküb, yoxsa yox? Hər halda Amerikadakı seçimlərdən sonra ABŞ-ın davranış tərzi, sərgilədiyi mövqe sanki təkqütblü dünyanın bitdiyinə işarə edir. Çünki bir mərkəzdən idarə olunma olduqca riskli idi", — Toğrul İsmayıl bildirib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar