Polis mayorunun öldüyü qəzanın görüntüləri yayıldı - VİDEO
05.12.2016 1122 0.0 0

Xaçmazda yol qəzası baş verib.

Hadisə Gəndob-Yalama yolunun 29-cu km-də qeydə alınıb.


Qazeta.info ARB TV -yə iatinadla xəbər verir ki, belə ki, Xudat istiqamətində hərəkət edən 40-BE-882 dövlət nömrə nişanlı "VAZ 2106" markalı avtomobil əks istiqamətdə gələn 99-KF-374 dövlət nömrə nişanlı "VAZ 21015" markalı avtomaşınla toqquşub.

Hadisə nəticəsində dünyasını dəyişənlərdən biri Xaçmaz rayonu, Müşkür kənd sakini 52 yaşlı Dəmir Yol Nəqliyyatında Baş Polis İdarəsinin Xaçmaz xətt polis şöbəsinin əməkdaşı, mayor Məmmədov Cəfər Abbas oğlu, digəri isə Ağdam rayon sakini, 45 yaşlı Yarəliyev Allahverən Zülfüqar oğlu olub. Qəza zamanı "VAZ 21015" də olan sərnişinlər Masallı rayon Ərkivan kənd sakinəri 28 yaşlı Cavid və 34 yaşlı Samir Cəfərov qardaşları müxtəlif bədən xəsarətləri ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin İstintaq və Təhqiqat bölməsində araşdırmalar aparılır.

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar