Polis məşınını vurub qaçan nömrəsiz avtomobildən şübhəli əşyalar çıxıb
14.08.2015 626 0.0 0

“Saxla” əmrinə tabe olmayan sürücü Z.Rəhimli və sərnişini saxlanılmışlar

Qazeta.info Daxili İşlər Nazirliyinin məlumatına əsasən bildirir ki, Avqustun 14-də saat 01 radələrində Binəqədi rayonunun Xocəsən qəsəbəsində “Fiat Dobla” markalı avtopatrulda xidmət aparan PPXB-nin əməkdaşları üzərində dövlət qeydiyyat nişanları olmayan “Pegout” markalı avtomobilin sürücüsünə “Saxla” işarəsi vermiş, lakin hərəkəti davam etdirmiş sürücü xidməti avtomobili vurub hadisə yerindən qaçmağa cəhd göstərmişdir. Görülmüş tədbirlərlə sürücü Ziya Rəhimli və sərnişini Mükafat Ağayev saxlanılmışlar. Avtomobilə baxış zamanı süngü-bıçaq, cib bıçağı, 2 ədəd göz yerləri açılmış idman papağı və avtomobilin dövlət qeydiyyat nişanları aşkar edilərək götürülmüşdür.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar