Polis əməkdaşı döyülüb
30.03.2018 868 0.0 0

Gəncədə polisi döyən şəxs saxlanılıb.

 

Qazeta.info APA-ya əsasən xəbər verir ki, Kəlbəcər rayon Polis Şöbəsinin post-patrul nəfəri 1991-ci il təvəllüdlü Alışanov Səttam Azad oğlunu döyərək müxtəlif xəsarətlər yetirən şəxsin Kəlbəcər sakini, əvvəllər dəfələrlə məhkumluq həyatı yaşamış Nahid Səyyadov olduğu müəyyənləşib. Məlum olub ki, Səttam Alışanov Nahid Səyyadovun təqsirləndirildiyi hadisə ilə bağlı araşdırma aparırmış.

 

Faktla bağlı araşdırmalar davam etdirilir.

 

***

29 mart

23:25

 

 

Kəlbəcər Polis Şöbəsinin əməkdaşı döyülüb.

 

APA-nın verdiyi məlumata görə, hadisə Gəncədə Kəlbəcərdən olan məcburi köçkünlərin məskunlaşdığı yeni yaşayış massivində qeydə alınıb.

 

Dava zamanı rayon Polis Şöbəsinin post-patrul nəfəri 1991-ci il təvəllüdlü Alışanov Səttam Azad oğlu döyülərək müxtəlif bədən xəsarətləri alıb. O, dərhal xəstəxanaya çatdırılıb.

 

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar