Planetlərin mini paradı başlayıb
26.11.2021 298 0.0 0

Planetlərin mini paradı: Venera, Saturn, Yupiter
Qazeta.info bildirir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb. Məlumata görə, səmada planetlərin mini paradı başlayır. 25 noyabrdan etibarən Venera, Saturn və Yupiter bir düz xətt üzrə düzülərək bir-birinə yaxınlaşıblar. Planetləri Günəş batdıqdan sonra adi gözlə də müşahidə etmək mümkündür.

Şimal yarımkürəsində gecə səmasında Venera üfüqə daha yaxın yerləşdiyindən, açıq bir yerdən müşahidə etmək daha əlverişlidir. Cənub yarımkürəsi üçün isə müşahidə şərtləri daha əlverişlidir.

Üç planetdən ən parlağı Veneradır.  Görünən ulduz ölçüsü  -4.7  olan  planet gecə səmasının ən parlaq obyektidir. Hal-hazırda Venera Oxatan bürcündə yerləşir. Yupiterin parlaqlığı (-1.61/-2.94) Veneradan bir qədər zəifdir. Onu indi Oğlaq bürcündə görmək mümkündür. Veneradan fərqli olaraq Yupiter üfüqdən daha hündürdə yerləşir və onu gecə boyunca uzun müddət müşahidə etmək mümkündür. Saturn (-0.24/+1.47) planetinin parlaqlığı daha zəif olsa da, o da adi gözlə gürünür. Lakin Aysız gecələrdə müşahidəsi daha rahatdır.

Qeyd edək ki, mini planetlər paradını - Günəş sistemi planetlərinin bir neçəsinin Günəşə nəzərən eyni istiqamətdə kiçik bir sektorda yerləşməsini il ərzində bir neçə dəfə müşahidə etmək mümkün olur. Cari ildə ilk mini planetlər paradı may aında baş vermişdi, hazırkı parad isə dekabrın ortalarınadək davam edəcək.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar