PKK-ya «dur» deyildi
21.03.2015 642 0.0 0

Diyarbakırdə yüzminlərlə insanın iştirakı ilə keçirilə Novruz bayramı şənliyində, bayram təbriklərinin, xalq mahnılarının, kürd liderlərin çıxışlarının ardından HDP-li millət vəkili Sırrı Sürəyya Öndər PKK lideri Abdullah Öcalanın İmralıdakı cəzaçəkmə müəssəsindən göndərdiyi sülh mesajını oxuyub. 

CNN Türkün bildirdiyinə görə, HDP liderinin müavini Pərvin Buldan isə meydana toplaşan izdihama ismarıcı kürd dilində çatdırıb. 2 səhifəlik məktubda Öcalan sülh, bərabərlik, azadlığ və demokratiya tərəfdarı olan bütün xalqları salamlayaraq, Novruz Bayramı münasibətilə təbrik edib. 

Öcalan PKK-a səslənərək, silahları yerə qoymaları üçün bir qurultay keçirməyə çağırıb. Həbsdə olan PKK lideri döyüşçülərə etdiyi əvvəki çağırışları təzələyərək, Türkiyə hökümətinə qarşı silahlı mücadiləyə “son” deyib. PKK–nın təsis edəcəyi qurultayla yeni dönəmin başlanacağını bildirən Öcalan bu dönəmdə kürdlərin Türkiyə Respublikası daxilində Konstitusiyada nəzərdə tutulan bərabərlik və təməl azadlıqlarla demokratik toplum olaraq sülh içində qardaşcasına yaşayacaqlarını dilə gətirib.

Öcalanın PKK-Türkiyə münaqişəsinə son qoymuş tarixi “sülh bəyanatı” da 2013-cü ilin Novruz bayramı günündə elan olunmuşdu. Öcalanın sülhə çağırışı ilə kürd silahlı döyüşçüləri tədricən Türkiyə ərazisindən Suriya və İraqa köçməyə başlasa da, bir müddət sonra Türkiyə hökümətinin verilən vədlərə əməl etməməsini bəhanə edərək geri çəkilməni dayandırıb./anspress/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar