PKK Türkiyədə hərbi bazaya hücum edib, 4 əsgər şəhid olub, 8-i yaralanıb
24.08.2016 1095 0.0 0

Türkiyənin Diyarbakır rayonunun Lice qəsəbəsində bir qrup PKK terrorçusu hərbi bazaya qumbaraatan və iriçaplı avtomatlarla hücum edib.

 

APA-nın “Milliyət”ə istinadən verdiyi xəbərə görə, hücum nəticəsində 4 nəfər əsgər şəhid olub, 8 əsgər isə yaralanıb.

 

Hücumu təşkil edən terrorçuları zərərsizləşdirmək üçün havadan əməliyyatlara başlanılıb.

 

Bu gün Bingölün Karlıova qəsəbəsində həyata keçirilən əməliyyat zamanı da 1 hərbçi şəhid olub. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar