PKK-nın funksionerlərindən biri məhv edildi (FOTO)
22.09.2015 614 0.0 0

Türkiyə Silahlı Qüvvələri (TSK) 24 illik PKK komandirini öldürüb.

Məlumata görə, Tunceli şəhərində keçirilən əməliyyatda daha 3 silahlı zərərsizləşdirilib.

TSK keçirdiyi xüsusi əməliyyatla qondarma Dərsim əyaləti komandiri Baran Dersim ləqəbli İsmayıl Aydemir, həmçinin Erdal ləqəbli Abdurrahman Akçin, Cilo ləqəbli Resul Balıkçı və Botan ləqəbli Səadət Arslanı məhv edib. 

Məlumata görə İsmayıl Aydemir son bir neçə ildə öldürülən ən yüksək rütbəli PKK liderlərindəndir.

 


İsmayıl Aydemir - məhv edilən PKK lideri

 

40 ildən bu yana terrorla mübarizə edən Türkiyə yüksək rütbəli terrorçuların məhv edilməsi üçün dövr başladır.

Bir müddət əvvəl hökümət terrorçular barədə təhlükəsizlik qüvvələrinə məlumat verənlərin mükafatlandırılması barədə qərar qəbul edib. Bu qərara əsasən PKK-nın lider heyətində təmsil olunan terrorçuların yerini bildirənlərə 4 milyon lirə (1 milyon 388 min azn) mükafat vəd olunub.

Rəsmi Ankara bu müddətdə gələcək olan məlumatın ölçüsünə və əhəmiyyətinə görə bir dəyərləndirmə sistemi üzərində işləyib. Bu sistemə görə mükafat miqdarları 200 min (70 min azn) ilə 4 milyon lirə arasında dəyişəcək. Mükafatda ən üst məbləğ olan 4 milyon lirə, təşkilatın yuxarı səviyyəli idarəçiləri barədə məlumatlar təhlükəsizlik qüvvələri ilə paylaşılacağı təqdirdə ödənəcək.

 


Yüksək rütbəli PPK komandirləri


Terror təşkilatı PKK-nın mərkəzi komitəsində yer alan və təşkilat içində üst səviyyə rəhbərlikdə təmsil olunan Murat Karayılan, Cemil Bayık, Besi Hozat, Mustafa Karasu, Bahoz Erdal kimi 36 adam üçün 4 milyon lirə mükafat qoyulub. Öldürülən İsmayıl Aydemir də Türkiyə ordusunun uzun müddətdir ki, axtardığı şəxslərdən olub. 

Uğurlu əməliyyatların davam etdiyi bir vaxtda PKK terrorçuları fəallıqlarını azaltmırlar. Van şəhərində əsgərləri aparan konvoya hücum nəticəsində 13 əsgər yaralanıb. Mardin vilayətinin Nusaybin rayonunda zirehli polis maşınına törədilən hücum nəticəsində isə 2 polis əməkdaşı yüngül yaralanıb.

Parlayışın gücündən ətrafdakı iş yerlərinin və evlərin pəncərələrinin şüşələri sınıb./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar