Peyğəmbər dövrünə aid Qurani Kərim tapıldı
04.04.2015 1096 0.0 0

Almaniyanın paytaxtı Berlindəki dövlət kitabxanasında Həzrəti Muhamməd (s.a.) dövrünə aid olduğu güman edilən Qurani Kərim səhifələri tapılıb. Qazeta.info ANS PRESS-in məlumatına əsasən bildirir ki, 7 səhifə perqament üzərinə yazılmış Quran nüsxələrinin 606 ilə 652-ci illərə aid olduğu güman olunur. Səhifələrin həmin illərə aid olduğu Sürihdəki laboratoriyalardan birində aparılan incələmələrdən sonra sübuta yetirilib. 

“Maerkische Allgemeine Zeitung” qəzetinin xəbərinə görə, dövlət kitabxanasının mətbuat sözçüsü Janette Lyambliy bu nüsxələrin “Corpus Coranicusm” layihəsi çərçivəsində incələndiyini, Avropada olan bütün Qurani Kərimlərin bu layihə çərçivəsində elmi araşdırmadan keçdiyini bildirib. 

Bu nüsxələrin isə 100 ildən artıq bir müddətdir Almaniya dövlət kitabxanasında olduğu bildirilir. 

Misirin paytaxtı Qahirədə yaşayan bir alimə miras qalmış nüsxələrin XIX əsrin sonunda, XX əsrin əvvəlrində Almaniyaya aparıldığı güman olunur. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar