Peşəkar Futbol Liqası AMADA-nın təşəbbüsünə qoşulub
02.04.2022 287 0.0 0

Peşəkar Futbol Liqası (PFL) Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) ədalətli idman həftəsi ilə bağlı təşəbbüsünə qoşulub.

Bu barədə PFL-in texniki idman şöbəsinin müdiri Elgiz Abbasov məlumat verib.

Onun sözlərinə görə, XXI tur ümumiyyətlə tədbirlər baxımından zəngin olacaq: "Bu gün keçiriləcək "Qarabağ" - "Səbail" və "Qəbələ" - "Keşlə" oyunlarında 8 aprel bütün dünyada Ədalətli İdman Günü xatırlanacaq. Ölkədə idmanda ədalət prinsipinin və təmiz idman dəyərlərinin qorunmasından məsul qurum olan AMADA bu həftəni ədalətli idman həftəsi elan edib. Bunula bağlı müxtəlif idman növlərində təmiz idmanı təşviq edən aksiyalar keçirilir. PFL və qeyd olunan komandalar da bu şüarlarla idmanda ədalət prinsipinin təbliğinə öz töhfələrini verirlər".

Abbasov bildirib ki, aprelin 3-də baş tutacaq "Neftçi" - "Zirə" oyununda isə Autizm Xatırlatma günü ilə əlaqədar aksiya olacaq: "Futbolçular meydana autizm sindromlu uşaqlarla çıxacaqlar və onlar xüsusi geyimdə olacaqlar"./report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar