Pentaqon İŞİD liderlərindən olan Əbu Omar aş-Şişaninin öldürüldüyünü təsdiqləyib-FOTO
09.03.2016 501 0.0 0

ABŞ qüvvələri İŞİD-in liderlərindən olan Əbu Omar aş-Şişanini zərərsizləşdirib.
 
 “vesti.ru”ya istinadən verilən məlumata görə, faktı Pentaqon da təsdiqləyib.
 
ABŞ Müdafiə Nazirliyinin mətbuat katibi Pter Kuk bildirib ki, əsl adı Tarxan Batiraşvili olan gürcü əsilli terrorçu 4 mart tarixində Suriyanın Əş-Şaddad şəhərinə endirilən aviazərbələr zamanı məhv edilib.
 
Piter Kuk əlavə edib ki, əş-Şişaninin ölümü İŞİD-in Qafqaz regionundakı tərəfdarlarının vəziyyətini çətinləşdirəcək. /apa/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar