Pentaqon Əfqanıstanda ən güclü bombadan istifadənin səbəbini açıqlayıb
15.04.2017 790 0.0 0

Amerikalı hərbçilər İŞİD-in Əfqanıstandakı tunellərinə qarşı  ən güclü qeyri-nüvə bombadan istifadə olunmasını zəruri  hesab edirlər. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu  “GBU-43/B” bombasının atılmasına həsr olunan  mətbuat konfransında ABŞ ordusunun Əfqanıstandakı komandanı general Con Nikolson deyib: “Taktiki nöqteyi-nəzərdən bombadan lazımi məqamda və doğru hədəfə qarşı istifadə edilib”.

 

Bununla belə, Nikolson əmrin kimin tərəfindən verilməsinə dair suala cavab verməkdən boyun qaçırıb.   

 

O əlavə edib ki, dinc sakinlər arasında itkilərin qarşısını almaq məqsədi ilə əməliyyata hazırlıq Əfqanıstan hakimiyyəti ilə birgə keçirilib.   


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar