Pekin-2022: Olimpiya kəndi açılıb
23.01.2022 358 0.0 0

Çinin paytaxtı Pekindəki Olimpiya kəndi iştirakçıları qəbul etməyə başlayıb.

Apasport.az saytının məlumatına görə, kəndin rəsmi açılışı yanvarın 27-nə nəzərdə tutulub.

Lakin xarici nümayəndə heyətlərinin üzvləri indidən kənddə yerləşə bilərlər. İdmançıların gəlişi də məhz ayın 27-nə planlaşdırılıb.

Qeyd edək ki, Pekin-2022 Qış Olimpiya Oyunları fevralın 4-20-də keçiriləcək.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar