Paytaxt çayxanalarından birində kütləvi dava zamanı iki nəfər bıçaqlanıb
10.10.2017 675 0.0 0

Bakının Yasamal rayonunda iki nəfərin bıçaqlanması ilə nəticələnən kütləvi dava olub.

"Report" xəbər verir ki, dava 2-ci Alatava ərazisində yerləşən çayxanalardan birində 6 nəfər arasında düşüb.

Nəticədə 57 yaşlı Alıyev Alı Yadullah oğluna iki, 32 yaşlı Məmmədov Qədir Vilayət oğluna isə bir bıçaq zərbəsi vurulub. Yaralılar xəstəxanaya yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, A.Alıyevin vəziyyəti ağırdır.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar