Partlayışda yanan qadın xəstəxanada öldü
28.10.2016 502 0.0 0

Samuxun Aşağı Ağasıbəyli kəndində yaşayış evində baş verən partlayışda xəsarət alaraq Bakıya, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimlərin Təkmilləşdirilməsi İnstitutunun Plastik və Konstruktiv Cərrahiyyə Klinikasının Yanıq şöbəsinə (Respublika Yanıq Mərkəzi) yerləşdirilən Zemfira İsmayılova dünyasını dəyişib.

Bu barədə şöbə müdiri Şöhrət Məmmədov məlumat verib. Onun sözlərinə görə, Z.İsmayılova oktyabrın 27-də səhər saatlarında dünyasını dəyişib.

S.Məmmədov bildirib ki, partlayış nəticəsində xəsarət alan ev sahibi, Z.İsmayılovanın həyat yoldaşı Naçar İsmayılovun səhhəti isə normaldır. N.İsmayılov artıq reanimasiyadan palataya köçürülüb.

Qeyd edək ki, oktyabrın 21-də səhər saatlarında Samuxun Aşağı Ağasıbəyli kəndində yaşayış evində partlayış baş verib. Partlayış N.İsmayılov yaşadığı mənzildə qaz sobasını yandırmaq istəyərkən baş verib. Partlayışın evə qız sızmasından baş verdiyi bildirilir. Hadisə nəticəsində N.İsmayılov və həyat yoldaşı Z.İsmayılova ağır dərəcəli yanıq xəsarətləri alıblar./trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar