Parlament Şuşa Bəyannaməsini təsdiqləyib
01.02.2022 304 0.0 0

Bu gün Milli Məclisin plenar iclasında “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” Şuşa Bəyannaməsinin təsdiq edilməsi barədə” qanun layihəsi müzakirəyə çıxarılıb.

Qazeta.info Milli Məclisin məlumatına əsasən bildirir ki, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” Şuşa Bəyannaməsinin təsdiq edilməsi barədə qanun layihəsi haqqında məlumat verib.

O, ölkə Prezidenti tərəfindən Milli Məclisə təqdim olunan bu sənədin  millətimiz və dövlətimiz üçün tarixi əhəmiyyət kəsb etdiyini deyib. Bildirilib ki, xalqımızın illərlə həsrətlə gözlədiyi, şəhidlərimizin qanı ilə qazanılmış, Ali Baş Komandan, Prezident İlham Əliyevin müstəsna xidməti və qəhrəmanlığı ilə yazılmış bu tarixi sənəd bu gün parlamentdə ratifikasiya olunmalıdır. Komitə sədri Şuşa Bəyannaməsini Azərbaycan dövlətçilik tarixinin ən mühüm sənədlərindən biri kimi qiymətləndirib. Bu gün gərgin olan beynəlxalq münasibətlərdə Türkiyə və Azərbaycan əlaqələrini müttəfiqlik səviyyəsinə yüksəldən bu tarixi sənədin  regionda yeni yaradılmış reallığın qorunması və inkişaf etdirilməsi istiqamətində əhəmiyyətindən danışan komitə sədri onu azad olunmuş Qarabağın müdafiəsini, Azərbaycanın gələcəyini ən yüksək səviyyədə təmin edən sənədlərdən biri kimi qiymətləndirib.

Sonra “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” Şuşa Bəyannaməsinin təsdiq edilməsi barədə qanun layihəsi qəbul edilib.

Xatırladaq ki, bugünkü iclasda Türkiyənin Azərbaycandaki səfirliyinin ikinci katibi Fadimə Gözde Çolaq iştirak edib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar