Parlamentə qaz bombası atıldı
15.12.2015 572 0.0 0

Kosovo parlamentinə yenə qaz bombası atılıb. 

Məlumata görə, Kosovo Məclisində aylardır davam edən iqtidar-müxalifət böhranı 2016-cı il büdcə layihəsinin ümumi müzakirəsi zamanı yenidən başlayıb.

Müxalifətdəki "Özün qərar al hərəkatı" partiyasının sədr müavini Qlauk Konjufca iclasın keçirildiyi zala qaz bombası atdığından Məclis başçısı Qədri Veseli müzakirələrə ara verərək, hər kəsi çölə çıxmağa dəvət edib.

 


Milli Məclisdə qaz bombası


Lakin başçının sözlərinə əhəmiyyət verməyən millət vəkilləri maskasız müzakirələrini davam ediblər. Hadisə yerinə polislər də cəlb olunub, onlar salona maska ilə giriblər.

 


Polislərin hadisə yerinə gəlməsi


Analoji hal Milli Məclisdə ilk dəfə deyil ki, baş verir. Bundan əvvəl də "Özün qərar al hərəkatı" partiyasının millət vəkilləri Fisnik İsmayıllı və Faton Topallı da həmin iclasda iştirak edib. Onlar törətdikləri əmələ görə bir müddət ev dustağı olublar. Hadisə bu il avqustun 25-də baş vermişdi. Ümumilikdə, qaz bombasının iclas zalına atılmasına görə 4 millət vəkili şübhəli şəxs kimi saxlanılıb.

 


Avqust ayında baş verən qaz bombası/anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar