Pakistanda Terror- 30 nəfər ölüb, çox sayda yaralı var
08.08.2016 497 0.0 0

Pakistanın Kvetta şəhərində hospitaldakı partlayış nəticəsində 30 nəfər ölüb, 20-dən çox insan xəsarət alıb.

Bildirək ki, bu haqda "RİA Novosti" məlumat yayıb.

Məlumata görə, partlayış səhər saatlarında baş verib. Xəstəxanadan verilən məlumatda bildirilib ki, partlayış reanimasiya şöbəsində törədilib.

Partlayışdan sonra naməlum şəxslər atəş açıblar.

Hadisə yerində Pakistan təhlükəsizlik qüvvələri əməliyyat keçirib. /report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar