Pakistanda sərnişin təyyarəsi qəzaya uğrayıb
07.12.2016 808 0.0 0

Pakistan Hava Yollarına məxsus sərnişin təyyarəsi qəzaya uğrayıb.
 
"Daily Pakistan" nəşrinə istinadən verilən məlumata görə, hadisə Havelian şəhəri yaxınlığında baş verib.
 
Təyyarədə 42 sərnişin və 5 ekipaj üzvü olub.
 
Təyyarə Çitraldan İslamabada uçurdu.
 
İslamabad Beynəlxalq Aeroportunun dispetçer xidmətinin nümayəndəsi Geo.tv telekanalına bildirib ki, təyyarə havaya qaldıqdan 30 dəqiqə sonra kapitan SOS siqnalını göndərib, bundan sonra təyyarə ilə əlaqə itib. Onun sözlərinə görə, SOS siqnalı qəbul edilən zaman təyyarə Havelin yaşayış məntəqəsi üzərində uçurdu.
 
Şahidlər təyyarənin düşdüyü yerdə yanğın baş verdiyini bildiriblər.
 
Pakistan ordusunun komandanlığı hadisə yerinə xilasediciləri göndərib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar