Pakistanda nüvə başlıqlı ballistik raketin sınağı keçirilib
29.08.2019 512 0.0 0

Pakistanda ötən gecə həm adı, həm də nüvə başlıqlı qısa mənzilli “Qəznəvi” ballistik raketinin sınağı keçirilib.

Qazeta.info “Report”-a istinadla  xəbər verir ki, bu barədə Pakistan Ordusunun xidmətlərarsı ictimai əlaqələr üzrə baş direktoru general-mayor Asif Ğafur bildirib.

O deyib ki, Pakistan bu gecə 290 kilometrlik məsafəyədək ən müxtəlif hədəfləri vura bilən “Qəznəvi” yerüstü-yerüstü ballistik raketi uğurla sınaqdan keçirdi: "Qərargah Komitəsinin rəisləri və bütün xidmət başçıları heyəti təbrik edirlər. Prezident və baş nazir şəxsi heyəti təqdir edir və millətə təbriklərini çatdırırlar”.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar