Pərəstişkarları Damlaya hücum çəkdi, işə mühafizəçilər qarışdı - VİDEO
11.05.2019 896 0.0 0

Ötən gün Gəncəyə gedən müğənni Damla sevənlərinin hücumuna məruz qalıb. Pərəstişkar seli ilə qarşılaşan Damla onların əlindən mühafizə xidmətinin köməyi ilə xilas ola bilib. 

Belə ki, Damla sevənlərinə daha da yaxın olmaq üçün səhnədən enib.

Pərəştikarları isə şəkil çəkdirmək üçün müğənniyə hücüm çəkiblər. 

Damlaya yaxın olmaq üçün səhnəyə qaçan pərəstişkarlardan birinin gözlənilmədən ayağı sürüşüb və o, yerə yıxılıb. 

Mühafizənin köməyi ilə ifaçı yenidən səhnəyə qalxıb. Görüntülərdə mühafizəçilərin müğənninin sevənləri pis davranışı, onları itələyərək səhnənin önündən uzaqlaşdırması əks olunub. 

Konsert bitər-bitməz mühafizəçilər Damlanı dövrəyə alıb, maşına minməsinə şərait yaradıblar. /oxu.az/

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar