OPEC-in rəhbəri: Neft bazarında çətin dövr arxada qalıb
02.06.2016 497 0.0 0

 "Neft bazarında çətin dövr arxada qalıb". RİA "Novosti" agentliyinə istinadən xəbər verir ki, bu barədə OPEC-in rəhbəri Abdulla Salam əl-Bədri deyib.
 
"Neft bazarı yaxşılaşır, qiymətlər artmaqdadır. Düşünürəm ki, neft bazarında çətin dövr arxada qaldı. Mən artıq neftin qiymətinin artacağını gözləyirəm", - deyə kartel rəhbəri bildirib.
 
OPEC-in bu gün Avstriyanın paytaxtı Vyanada keçirilən görüşündən öncə Səudiyyə Ərəbistanının energetika naziri Xalid əl-Falix isə deyib ki, qlobal neft bazarı tarazlaşır və bu amil qiymətlərə müsbət təsir edəcək./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar