OPEC baş katibinin Azərbaycana səfəri gözlənilir
24.11.2016 707 0.0 0

OPEC-in baş katibi Mohammad Sanusi Barkindo Azərbaycana rəsmi səfərə gəlmək niyyətini açıqlayıb.

 

Məlumata görə, bunu Azərbaycanın energetika naziri Natiq Əliyev "Respublika" qəzetində dərc edilmiş məqaləsində bildirib.

 

Bu səfərin kartellə əməkdaşlığın inkişafı üçün möhkəm zəmin yaradacağı, neft ixrac edən ölkələr sırasında və dünyada Azərbaycanın nüfuzunu daha da artıracağı nəzərə alınaraq, prezident İlham Əliyevin razılığı ilə M. Barkindoya energetika naziri tərəfindən dəvət məktubu göndərilib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar