Omeqa-3 yağlı turşusunun misli olmayan faydaları. MƏNBƏLƏR
08.02.2016 573 0.0 0

Omeqa-3 yağlı turşusu insan sağlamlığı üçün ən faydalı və vacib maddələrdən biridir.

Omeqa-3 orqanizmdə sintez olunmur, lakin bu maddə orqanizmin normal fəaliyyəti üçün olduqca vacibdir.

Omeqa-3 yağlı turşusunun əsas mənbələri bunlardır:

- dəniz balığı (skumbriya, siyənək, qızılbalıq, tunes, forel, paltus, treska), dəniz məhsulları (krevet, dəniz yosunları)

- bitki yağları (xüsusilə kətan və raps yağları və həmçinin zeytun yağı)

- yumurta ("kənd" yumurtası), mal ət (bir şərtlə ki, heyvan kifayət qədər ot yeyir)

- qoz, badam, araxis, keşyu, makadamiya, balqabaq tumları, kətan toxumu

- müxtəlif göyərtilər (ispanaq, kahı, cəfəri, keşniş, şüyüd)

- balıq yağı.

Omeqa-3 yağlı turşuların orqanizmdə rolu:

- hüceyrələrin membranlarını möhkəmləndirir

- beyin hüceyrələrinin, gözün torlu qişasının sağlamlığı üçün olduqca vacibdir

- kişi sağlamlığına müsbət təsir edir - spermatozoidlərin aktivliyini artırır

- orqanizmi möhkəmləndirir, immunitetin səviyyəsini qaldırır

- ürək-damar sisteminin normal fəaliyyəti üçün çox vacibdir - ürək və damar xəstəlilərinin riskini azaldır, damarları möhkəmləndirir və onların elastikliyini artırır, qanı duruldur, təzyiqi normallaşdırır, insult və infarkt kimi ağır pozulmaların qarşısını alır

- sinir sisteminin fəaliyyətini, diqqəti və yaddaşı yaxşılaşdırır, streslə və depressiya ilə mübarizə etməyə kömək edir

- revmatizm, artroz və artrit zamanı oynaqlarda iltihabları azaldır

- bəzi dəri xəstəlikləri (məsələn, psoriaz, akne) zamanı xeyirlidir

- dərinin, saçların və dirnaqların vəziyyətini yaxşılaşdırır.

Beləliklə, Omeqa-3 yağlı turşusunun orqanizmə daim daxil olunması insanı daha sağlam və gümrah edir, bir çox ciddi xəstəliklərin riskini azaldır./saglamolun.az/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar