Ombudsman Nardaranda saxlanılanlarla bağlı Baş Prokurorluğa müraciət edib
21.12.2015 516 0.0 0

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova bir qrup Nardaran qəsəbə sakinindən daxil olan ərizə əsasında Baş Prokurorluğa müraciət edib.

 

Bu barədə Ombudsman Aparatından məlumat verilib. Aparatdan bildirilib ki, Ombudsman Nardaran qəsəbəsində baş vermiş son hadisələrdə saxlanılan şəxslərin ailə üzvlərinin onlar barədə məlumat almaq istəyi ilə bağlı Baş Prokurorluğa müraciət edib. Qeyd olunub ki, Ombudsman Aparatı tərəfindən qanuna müvafiq digər zəruri addımlar da atılacaq.

 

Qeyd edək ki, bir qrup Nardaran qəsəbə sakini Ombudsman E. Süleymanovaya müraciət edib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar