Ombudsman: `Prezident seçkiləri tam şəffaf keçirilir`
11.04.2018 1293 0.0 0

“Azərbaycanda Prezident seçkiləri ilə bağlı səsvermə prosesi tam şəffaf keçirilir. Bakının əksər rayonlarında yerləşən seçki məntəqələrində olmuşam. Bu gün səhər səsvermə başlamazdan öncə məntəqəyə yaxınlaşanda, təəccübləndim. Məntəqənin qarşısında 10-12 seçici var idi. Bu da seçici aktivliyindən xəbər verir”.

Məlumata görə, bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (ombudsman) Elmira Süleymanova deyib.

O bildirib ki, ölkədə hərbi hissələrdə, cəzaçəkmə müəssisələrində də səsvermə prosesi şəffaf şəkildə həyata keçirilir: “Seçkinin beynəlxalq və yerli müşahidəçilər izləyir. Onlar da prosesdən razıdırlar. Seçki məntəqəsində olarkən beynəlxalq müşahidəçi seçicilərin nizamlı-intizamlı olduğunu qeyd etdi. O bildirdi ki, sanki ölkədə bayrm ab-havasıdır”./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar