Ölkələrinə bir qızıl və bürünc medal qazandırdılar
18.06.2015 634 0.0 0
Azərbaycanlı velosipedçi yarışa uğurlu başlanğıcla qatıldı

Cümə axşamı Bakı 2015-də şosse velosipedi idmanı üzrə qadınlar arasında keçirilən yarışlarda hollandiyalılar triumf yaşadılar. Zamana qarşı fərdi yarışlarda Ellen Van Diyk qızıl, həmvətəni Annemiek Van Vleuten isə bürünc medal qazandı.

Qazeta.info Bakı 2015 birinci Avropa Oyunları Təşkilat Komitəsinə istinadla bildirir ki, Bilgəh Çimərliyində küləkli bir gündə keçirilən yarışda isə gümüş medalı qazanıb podiumda hollandların arasına girməyi bacaran idmançı Ukraynadan Qanna Solovey oldu. 

 

Çox çətin bir gün idi, xüsusilə küləyə görə. Lakin çevik şəkildə ritmə düşə bildim və oyunun sürətini əlimdə saxlamağı bacardım. Mənim edə biləcəyim bu qədər idi. Qarşında sadəcə düz bir yol olanda diqqətini cəmləşdirmək çox çətin olur. Sadəcə dayanmadan pedala basmaq lazım gəlir.-Qızıl medalçı Ellen Van Diyk

Ellen yarışdan əvvəl favorit idmançı sayılırdı. O, yarışı 32 dəqiqə 26,87 saniyə hesabı ilə bitirdi. Bu sürət yarışı altıncı yerdə başlayan və sadəcə 90 dəqiqəlik intervalla 15 dəqiqədə Rosella Rattoya (ITA) çatan komanda yoldaşı Van Vleuten (NED) tərəfindən dəstrəkləndi. O, erkən nəticəni əldə etmək üçün yarışaraq xətti 33:33,56 saniyədə keçdi.

"Mən bilirdim ki, o daha cəld olacaq. O, bu gün özünü tam mənada göstərdi," -deyə bürünc medalçı Van Vleuten qalib haqqında fikirlərini açıqladı.      

İkinci yerin sahibi Hanna Soloveyin də yarış zolağında problemləri oldu. Onun fikrincə, hollandlar onun yaşadığı çətinliklərdən xeyir görüblər:

Bu yarış yolu masa kimi düppədüzdür, ona görə də mənə çox uyğun olmadı. Bunun daha çox Van Diykə xeyri olar. O, daha böyük və güclüdür, möhtəşəm bir ulduzdur.-Gümüş medalçı Hanna Solovey

Solovey 33:3,37 saniyəsi ilə əslində qızıl medal mövqeyində idi. Lakin Van Diykin göstərdiyi nəticə bundan sadəcə 36 saniyə tez oldu.  

Yarışdan əvvəl medala namizəd olan və yarım məsafə dönmədə yarışın sürətindən 42 saniyə geri qalan Ann-Sofi Duyk (BEL) yarışı 34:05,21 saniyə ilə və qalibdən 90 saniyə geridə bitirdi. Belçikanın zamana qarşı yarış üzrə milli çempionu xətti keçdikdən sonra bir az kədərli görünürdü. Amma o, şənbə günü qadınlar arasında keçiriləcək şose yarışlarında daha güclü olacağına ümid edir.

Azərbaycandan yeganə yeni iştirakçı Alyona Pavluxina yarışı yeddi saniyə fərqlə Duykdan öncə altıncı yerdə bitirərək inamlı yarış nümayiş etdirdi.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar