Tarix: 03.12.2016,   Saat: 06:25, Şənbə.          

Ölkədə qripə qarşı təbdirlərə başlandı

Ölkədə qrip və kəskin respirator virusa qarşı kütləvi dezinfeksiya tədbirlərinə başlanılıb.

 

Bu barədə Bakı Şəhər Dezinfeksiya Stansiyasının kadrlar üzrə mütəxəssisi Kəmalə Cəfərova məlumat verib. O bildirib ki, səhiyyə naziri Oqtay Şirəliyevin qrip və kəskin respirator xəstəliklərə qarşı profilaktik tədbirlərin gücləndirilməsi məqsədilə imzaladığı əmr əsasında Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən sərəncam verilib. Sərəncama əsasən dezinfeksiya tədbirləri ümumtəhsil və məktəbəqədər təhsil müəssisələri, qaçqın və məcburi köçkünlərin sıx məskunlaşdığı yerlər və əhalinin digər kütləvi toplaşdığı ərazilərdə aparılacaq.

 

Noyabrın 1-də başlayan tədbirlər ayın 12-dək davam edəcək: "Dezinfeksiya Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Masallı və Cəlilabadda aparılacaq”./apa/

 



  Bölmə: Manşet | Baxış sayı: 474 | Tarix: 03.11.2016, 17:41


Xəbərlər