Oktay Gülalıyev əməliyyata götürüldü- VİDEO
30.10.2019 529 0.0 0

Oktyabrın 29-u saat 17:20 radələrində paytaxtın Nəsimi rayonu ərazisində - 28 May küçəsi ilə Puşkin küçələrinin kəsişməsində taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayevin idarə etdiyi “Hyundai Accent” markalı avtomobillə yolu keçən piyada, tanınmış hüquq müdafiəçisi, Bakı şəhər sakini Oktay Güləliyev vurulmuşdur.

Qazeta.info bildirir ki, qəza nəticəsində O. Guləliyev beyin daxili qanama diaqnozu ilə cərrahiyyə əməliyyatına götürülüb.

Bildirək ki? hadisə haqda Daxili İşlər Nazirliyi yaydığı məlumatda sürücünün qəza nəticəsində xəsarət almış O.Güləliyevi hadisə törədən sürücü öz avtomobili ilə Kliniki Tibbi Mərkəzə çatdırdığı bildirilib. İlkin tibbi yardım göstərildikdən sonra O.Güləliyev oradan “City Hospital”a köçürülüb. 

Faktla əlaqədar Nəsimi RPİ-nin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.1-ci (Avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar