Oğul atasını güllələyib
21.11.2017 846 0.0 0

Quba rayonunda oğul atasını güllələyib.

“Report”un xəbərinə görə, hadisə rayonun Qonaqkənd qəsəbəsində qeydə alınıb.

Məlumata görə, 1994-cü il təvəllüdlü Xəyal Əhmədov atası, 1965-ci il təvəllüdlü Məhəmməd Əhmədovu ov tüfəngi ilə güllələyib. Yaralı Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, vəziyyəti ağırdır.

Hadisənin səbəbləri araşdırılır.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar