Oğru ilə birlikdə tutuquşusu da həbs olundu — FOTO
02.10.2019 583 0.0 0

 

 

 

 

 

 

 

 

 

 

 

 

Hollandiyanın Utrext şəhərində polis tutuquşusu ilə birlikdə bir oğrunu həbs edib.

Məlumata görə,  bu barədə foto şöbənin “İnstaqram” hesabında paylaşılıb.

Polis 26 sentyabr mağazada oğurluqla bağlı məlumat aldığını bildirib. Oğrunu yerindəcə həbs edilib. Qartçinin çiynində tutuquşusu olub.

Oğru və onun lələkli dostu təcridxanaya aparılıb. Polis quş üçün nə qəfəs, nə də boş bir otaq olmadığını etiraf edib. Onlar tutuquşunun yiyəsi ilə məsləhətləşərək, quşu sahibinin yanında qoyublar. Onun üçün su və ağ çörək gətirdilər./olke.az/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar