Öd kisəsindən əməliyyat olunan qadın dünyasını dəyişib
08.12.2017 1014 0.0 0

 Şamaxı rayon xəstəxanasında əməliyyatdan sonra ölüm hadisəsi baş verib.

Məlumata görə, 1968-ci il təvəllüdlü Şamaxı rayon sakini Qönçə Faiq qızı Hüseynova öd kisəsində kəskin ağrılarla Şamaxı Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyə şöbəsinə müraciət edib.

Əməliyyat olunan xəstə palataya yerləşdirilib, axşam saatlarında qadının halı pisləşib. Vəziyyəti ağırlaşan Qönçə Hüseynovanın həyatını xilas etmək mümkün olmayıb.

Ölümün dəqiq səbəbləri araşdırlır./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar