Obamanın müsəlman geyimində fotoları yayılıb
08.07.2016 814 0.0 0

ABŞ prezidenti Barak Obamanın islam dininə aid geyimdə fotoları yayılıb.

 

“Milliyet”ə istinadən verilən məlumata görə, fotoları amerikalı televiziya aparıcısı Bill O'Reilli aşkarlayıb. Keniya əsilli müsəlman ailədə dünyaya gıələn Obama 90-cı illərdə ögey qardaşının nikah mərasiminə qatılarkən bu geyimi geyinib.

 

Bill O'Reilli islamla dərin bağlara sahib olan B. Obamanın İŞİD terror qruplaşmasının mövcudluğuna baxmayaraq, “islam terrorizmi” ifadəsini işlətməməsinin səbəbinin bu şəkildə göründüyünü deyib

 

Xatırladaq ki, dəfələrlə Obamanın müsəlman olduğu iddia edilsə də, o özü xristian olduğunu açıqlayıb./apa/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar