Obamanın İŞİD-lə mübarizəsinə inam azalıb
17.02.2015 734 0.0 0

Qazeta.info "Real Clear Politics"-ə istinadla bildirir ki, ABŞ cəmiyyətinin əksəriyyəti Obanın İŞİD-lə mübarizəsindən narazıdır.
ABŞ cəmiyyətinin əksəriyyəti belə düşünür ki, İŞİD terror qruplaşması ilə mübarizə yaxşı getmir və onlar bu məsələdə günahı əsasən prezident Barak Obamada görürlər.
CNN/ORC tərəfindən Bazar Ertəsi aparılmış sorğunun nəticələrinə görə, respondentlərin 58 faizi inanır ki, ABŞ-ın İŞİD-lə mübarizə aparmaq cəhdi uğursuzdur. Müqayisədə, 41 faiz belə düşünür ki, keçən payızdan bəri azacıq zəifləmə olmaqla mübarizə yaxşı gedir, yalnız 5 fazi deyir ki mübarizə çox yaxşı gedir.
Xatırladaq ki, Oktyabr ayında ABŞ sakinlərinin bu məsələ ilə əlaqədar fikirlərində əhəmiyyətli dərəcədə fərqlənir meydana gəlib, belə ki,o zamankı sorğularda Amerikalıların 48 faizi mübarizənin yaxşı getdiyini, 49 faiz isə pis getdiyini deyirdi. O vaxtdan bəri müharibə haqqında mənfi fikirlər 9 dərəcə artmış, müsbt fikirlər isə 7 faiz aşağı düşmüşdür. 
Obamanın İŞİD təhlükəsi ilə mübarizəsini bəyənən insanların sayı Amerikalıların ümumi mübarizəyə necə baxması ilə üst-üstə düşür, belə ki insanların 40 faizi Obamanın terrorist qrupla mübarizəsini bəyənir, 57 faiz isə narazıdır.

Bundan başqa,  qazeta.info "Real Clear Politics"-ə istinadla bildirir ki, oktyabrdan bəri sorğuların nəticəsindəki eniş bütün dünyada bir sıra iri miqyaslı, nəzərçarpan terror hücumlarından, o cümlədən Parisdə satirik jurnal Çarli Hebdonun işçi heyətinə hücumlar və Belçikada qarşısı alınmış terror hücumundan sonra olmuşdur. Bu həftə sonu, Kopenhagendə bir sıra atışmalar olmuş və İŞİD Liviyada təxminən 21 Misirli Xristianın boynunu vurmasını göstərən video yaymışdır. 
Əlavə olaraq bildirək ki, 
terrorist qrupun bombalanması İraq və Suriyada bir neçə ay əvvəl başlamasına baxmayaraq keçən həftə Obama İŞİD-ə qarşı hərbi qüvvələrdən istifadə üçün Konqresin səlahiyyət verməsi üçün müraciət edib.

 Amerikalıların 4-də 3-dən çoxu onun bu qərarını haqlı hesab etmiş, 78 faiz isə belə düşünür ki Konqres ona bu səlahiyyəti vermək üçün səsvermə keçirməlidir.

Hazırladı: Xalid Hüseynov


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar