Obamadan Çin hökumətinə çağırış
20.11.2016 688 0.0 0

ABŞ prezidenti Barak Obama Çini iqtisadi islahatlar aparmağa və maliyyə sistemini möhkəmləndirməyə çağırıb.

“Report” xəbər verir ki, bunu o, Çin lideri Si Szinpin ilə görüşü zamanı bildirib.

Ağ Evin bəyanatında deyilir ki, Obamanın haqqında danışdığı islahatlar Çinə daxili tələbata əsaslanan iqtisadi modelin yaranmasında kömək edəcək.

İki ölkə liderinin görüşü şənbə günü Limada Asiya-Sakit okean iqtisadi əməkdaşlıq sammiti çərçivəsində baş tutub.

ABŞ lideri bildirib ki, ölkələr onların şirkətləri rəqabət apardığı, həmçinin bir qayda üzrə işlədiyi zaman böyük təqərriyə nail olur.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar