Obama Suriyadakı vəziyyətə görə ölkələri birliyə çağırıb
21.09.2016 495 0.0 0

ABŞ prezidenti Barak Obama  Suriyadakı vəziyyəti qəbuledilməz adlandırıb və bu ölkənin problemlərini həll etmək üçün beynəlxalq ictimaiyyəti birliyə çağırıb.
 

 “RİA Novosti”nin verdiyi xəbərə görə, Obama BMT Baş Assambleyasında qaçqınlara dair sammitdə çıxışı zamanı deyib.
 
“Suriyada baş verənlər qəbuledilməzdir. Baş verənləri dayandırmaq üçün kifayət qədər vəhdətə nail olmaq gərəkdir”, - deyə Obama bildirib.
 
Obama bundan əvvəl Suriyada münaqişənin hərbi həllinin olmadığını, diplomatiyanın vacib olduğunu qeyd edib./apa/  


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar