Obama Rusiyaya qarşı sanksiyaları bir il müddətinə uzadıb
14.01.2017 864 0.0 0

ABŞ prezidenti Barak Obama 2014-cü ilin martın 6-da Rusiyaya qarşı tətbiq edilən sanksiyaların müddətini bir il uzadılmasına dair qərar verib.
 
Məlumata görə, bu barədə Ağ Evin məlumatında bildirilir.
 
“Əvvəlki fərmanlarda göstərilən hərəkətlər və siyasət indiyədək davam etdirilərək, ABŞ-ın milli təhlükəsizliyinə və xarici siyasətinə böyük təhlükə yaratmaqdadır”, - deyə məlumatda qeyd olunub.  
 
ABŞ tərəfindən Rusiyaya qarşı tətbiq edilən sanksiyaların müddəti bu ilin martında bitir. Ötən il, martın 3-də Barak Obama Rusiyaya qarşı sanksiyaları bir il müddətinə uzatmışdı./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar