Obama prezidentlik dövrünün ən böyük peşmanlığı barədə danışdı
24.07.2015 558 0.0 0

ABŞ prezidenti Barak Obama odlu silah üzərində sərt nəzarətin qanuni cəhətdən möhkəmləndirilməsinin mümkün olmamasını ölkə başçısı postunda olduğu müddətin ən böyük peşmanlığı adlandırıb.

 RIA Novosti-yə istinadən verilən məlumata əsasən, BBC teleşirkətinə verdiyi müsahibədə B.Obama amerikalıları dünyanın ən qabaqcıl xalqlarından biri adlandırıb: “Bununla belə, odlu silahların təhlükəsizliyi ilə bağlı sağlam məntiqə cavab verən qanunlarımız yoxdur. 11 sentyabr hadisələrindən sonra terroristlər tərəfindən öldürülən amerikalıların sayına baxsaq, bu göstəricinin 100-dən aşağı olduğunu görəcəksiniz. Odlu silahdan qətlə yetirilənlərin sayına baxsaq, onların sayı 100 mini ötür”.

ABŞ prezidenti 2012-ci il Konnektikutdakı məktəbdə 26 insanın ölümünə səbəb olan kütləvi qətldən sonra odlu silah üzərində nəzarəti genişləndirmək istəsə də, konqres buna qarşı çıxmışdı./trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar