Obama öz hakimiyyəti dövründə ABŞ-ın daha da gücləndiyini bildirib
08.11.2016 729 0.0 0

ABŞ prezidenti Barak Obama hesab edir ki, onun hakimiyyəti dövründə ABŞ dünyada daha güclü və hörmətli ölkəyə çevrilib.

Məlumata görə, bu barədə o, Pensilvaniya ştatının Filadelfiya şəhərində Demokratlar Partiyasından prezidentliyə namizəd Hillari Klintona dəstək mitinqində çıxışı zamanı bildirib.

O, xüsusilə səhiyyə sahəsində aparılan islahatlar nəticəsində 20 milyondan çox amerikalının tibbi sığorta almaq imkanı əldə etməsinə diqqət yönəldib.

"Biz xaricdən daha çox hərbi qulluqçumuzu evə qaytarmışıq. Biz Üsamə bin Ladeni ("Əl-Qaidə" lideri — red.) məhv etmişik. Amerika dünyada daha güclü və daha hörmətli olub", — deyə hazırkı prezident bildirib.

Hillari Klintondan danışan Obama qeyd edib ki, noyabrın 8-də keçiriləcək seçkilərdə amerikalıların "bizim uğurumuzu möhkəmləndirəcək ağıllı və sabit prezidentə səs vermək imkanı var".

"Mən ümid edirəm ki, çərşənbə axşamı siz qorxunu rədd edib, ümidi seçəcəksiniz", — deyə o, çıxışını yekunlaşdırıb./report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar