Nyu-York Trampın mühafisəzinə 35 milyon dollar istəyir
06.12.2016 903 0.0 0

Nyu-York hakimiyyəti Federal Hökumətin ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın təhlükəsizliyi üçün seçkilər dönəmində olduğu kimi yenə vəsait ödəməsinə nail olmağa çalışacaq.

Trend-in məlumatına görə, bu barədə "The Washington Post" yazıb. "İnetrfaks"ın verdiyi məlumata görə, isə söhbət 35 milyon dollardan gedir.

Nyu-York meri Bill de Blazio "Trump Tower"in mühafizəsini maliyyə naziri postuna namizəd Stiven Mnuçinlə artıq müzakirə edib.

Daha öncə isə məlumat verimişdi ki, D.Tramp vəzifəsinin icrasına başlayandan sonra onun həyat yoldaşı və oğlu bir müddət Manhetendə qalacaqlar ki, Beşinci Avenyu-dakı göydələnin mühafizəsi isə şəhərə 1 milyon dollara başa gələcək.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar