Nyu-York qar fırtınası ilə üzləşib - VİDEO
14.03.2017 562 0.0 0

 Nyu-York qar fırtınası ilə üzləşib, şəhərdə qar örtüyünün qalınlığı 30 sm-ə çatır.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, şəhərin bəzi yerlərində nəqliyyatın hərəkəti pozulub.
"CTV News" telekanalının məlumatına görə, aviaşirkətlər ABŞ-ın şimal-şərqində yerləşən aeroportlardan minlərlə uçuşu ləğv edib. Baş verə biləcək hər cür fəlakətin qarşısını vaxtında almaq üçün FHN və təcili yardım əməkdaşları tam hazır vəziyyətə gətirilib.
Bəzi bölgələrdə əlverişsiz hava şəraiti səbəbilə məktəblər və digər müəssisələr bağlanıb. Məsələn, BMT-nin mənzil-qərargahı əlverişsiz hava şəraiti səbəbiylə bu gün bağlı olacaq.
Ağ Evdən verilən məlumata görə, ABŞ-ın şərq sahillərinə martın 17-dək güclü qar yağacağı proqnozuna görə, ABŞ prezidenti Donald Tramp ilə Almaniya kansleri Angela Merkel arasındakı görüş də təxirə salınıb.

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar