Tarix: 29.05.2017,   Saat: 13:30, Bazar ertəsi.          

Nurayın atası xalası ilə barışıb

Ədliyyə Nazirliyinin İcra baş idarəsinin Quba icra şöbəsində baş verən hadisə ilə bağlı mübahisə edən tərəflər arasında barışıq əldə olunub. Bu barədə 10 yaşlı Nurayın xalası Mehriban Eldarova məlumat verib. Onun sözlərinə görə, bu gün həyat yoldaşı Eldar Nurayın bioloji atası Əvəz Bayramovla görüşmək üçün Bakıya gedib. Tərəflər arasında Nurayın xalasında qalması şərti ilə barışıq əldə edilib. M.Eldarova atasının da istəyi vaxt uşağını görmək imkanı yaradılacağını bildirib. O, bu barışığın Nurayın gələcəyi üçün düzgün qərar olduğunu deyib.

 

Qeyd edək ki, sosial şəbəkələrdə yayılan videoda 10 yaşlı Nurayın xalasından alınaraq atasına verilməsi zamanı uşağa qarşı məhkəmə icraçıları tərəfindən yol verilən kobudluq əksini tapıb. /apa/



  Bölmə: Ölkə | Baxış sayı: 614 | Tarix: 10.01.2017, 23:11


Xəbərlər