Novruz Məmmədov: Bu təhlükəni aradan qaldırmaq üçün bütün dövlətlər səylərini birləşdirməlidir
14.11.2015 517 0.0 0

“Amansız terror aktı nəticəsində Parisdə çoxsaylı insan həlak olub və yaralanıb. Bununla bağlı həlak olanların ailələrinə dərin hüznlə baş sağlığı verir, yaralananlara şəfa diləyirəm”.
 
Məlumata görə, bu sözləri Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov  “Twitter” sosial şəbəkəsindəki səhifəsində Parisdə baş verən terror aktları ilə əlaqədar yazıb.
 
N. Məmmədov qeyd edib ki, terrorizm bu gün dünyanın bütün ölkələri üçün ən böyük təhlükələrdən biridir: “Heç olmasa, bu təhlükəni aradan qaldırmaq üçün bütün dövlətlər səylərini birləşdirməlidir. Heç olmasa, hər bir dövlət terrorizmlə mübarizədə digər maraqlarını kənara qoymalıdır. Heç olmasa, bu məsələdə bütün dövlətlər ədalətli olmalıdır”./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar