Nemtsovla bağlı yeni kadrlar (VİDEO-FOTO)
11.03.2015 662 0.0 0

Rusiya müxalifət lideri Boris Nemtsovun öldürməkdə ittiham edilən Zaur Dadaev və Anzor Qubaşevin cinayəti törətdikdən sonra qaçarkən yeni görüntüləri yayılıb.

Məlumata görə, şübhəlilər hadisə zamanı istifadə etdiyi "ZAZ-Chance" avtomobilində görüntülənib.

"ZAZ-Chance" avtomobili cinayətdən qısa müddət əvvəl müşahidə kameralarına düşüb.

Avtomobil 2014-ci il sentyabr ayında alındığı bildirilir. Avtomobilin 12 min rubl məbləğində cəriməsi olub.
Zaur Dadaev və Anzor Qubaşevin həbs olunması haqda xəbər martın 7-də yayılıb.

Xatırladaq ki, Boris Nemtsov fevralın 27-də Moskva vaxtı ilə 23:37-də öldürülüb. Qatillər Boris Nemtsova 6 güllə atıblar. Onlardan dördü hədəfə dəyib./anspress/


 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar