Neftin ucuzlaşıb-son ayların ən ucuz qiyməti
03.08.2015 589 0.0 0

Dünya bazarlarında neft ucuzlaşmaqda davam edir.

 

 “Gazeta.ru”-ya istinadən verdilən məlumata görə, bu gün ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 3,75% azalaraq 49,84 dollar olub.

 

Brent markalı neftin qiyməti yanvarın 15-dən ilk dəfə olaraq 50 dollardan aşağı düşüb.

 

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 2,72% azalaraq 45,84 dollar təşkil edib.

 

Neftin qiymətinin ucuzlaşmasının səbəbləri kimi Çin iqtisadiyyatında yaşanan problemlər və yaxın zamanlarda İranın neft bazarına daxil olması ehtimalı göstərilir. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar